Bu il birinci sinfə 130 min şagird qəbul olunacaq
2012-2013-cü tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin I sinfinə 130 min 454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2011-2012-ci dərs ilində I sinif şagirdlərinin sayı 125408 nəfər olub.
Bu göstərici, 2010-2011-ci tədris ilində isə 120032 nəfər təşkil edib. Yeni tədris ilində Bakı şəhərindəki ümumi təhsil məktəblərinin I sinfinə 36 min 102 şagirdin qəbulu gözlənilir. Ötən tədris ilində bu göstərici 35 min 509 nəfər olub.
Qeyd edək ki, təhsil nazirinin əmri ilə təsdiq olunmuş müvafiq qaydalara əsasən, ümumi təhsil məktəblərinə, bir qayda olaraq, hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş əqli və fizioloji cəhətdən sağlam uşaqlar qəbul edilirlər. İstisna hallarda oktyabrın sonunadək 6 yaşı tamam olacaq istedadlı uşaqlar da məktəbdə yaradılmış komissiyanın rəyi əsasında vaxtından əvvəl I sinfə qəbul edilə bilərlər. Noyabrda 6 yaşı tamam olacaq xüsusi istedadı ilə fərqlənən uşaqların vaxtından əvvəl I sinfə qəbulu məsələsinə isə avqustun əvvəlindən sentyabrın 10-dək Təhsil Nazirliyində yaradılmış komissiya tərəfindən baxılıb müvafiq qərar verilir.

Oxşar yazılar

Bu BÜRCLƏR ölümcül səhv etmək riski altındadır: vacib məsləhətlər
21 iyul 2025 , 00:02
5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
20 iyul 2025 , 22:53
Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06