Oğurlanmış, itmiş əsas vəsaitlərin silinmə qaydası müəyyənləşdi
01 oktyabr 2012 09:55 (UTC +04:00)

Oğurlanmış, itmiş əsas vəsaitlərin silinmə qaydası müəyyənləşdi

0
Nazirlər Kabineti “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin ilinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın təsdiq edilməsi haqqında” 2004-cü il 6 noyabr tarixli 177 nömrəli qərarında dəyişikliklər edib.

Lent.az-ın verdiyi məlumata görə, qərara əsasən dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlər (fondlar) 10 il müddətində tapılmadıqda və aparılmış əməliyyat-axtarış tədbirləri heç bir nəticə vermədikdə Daxili İşlər Nazirliyinin, nəqliyyat vasitələri üzrə isə əlavə olaraq Baş Dövlət Yol Polisi İdarəsinin bu barədə məlumatı nəzərə alınmaqla, həmin əsas vəsaitlər (fondlar) Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq rəyi əsasında təşkilatın balansından silinəcək.

Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”a 3 nömrəli əlavə də edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3039

Oxşar yazılar