Əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır
01 oktyabr 2012 11:55 (UTC +04:00)

Əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır

Sentyabrın 30-na olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır. Onlardan 147 934 nəfəri kişi, 223 203 nəfəri isə qadındır. Bu barədə Lent.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Hazırda ahıl pensiyaçıların 275 723 nəfəri 70-80 yaş arası, 86530 nəfəri 80-90 yaş arası, 8884 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır.

Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək prezident tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilib, bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.

Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən hazıradək əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artıb. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 876

Oxşar yazılar