Temperatur 34 dərəcəyə yüksələcək
0
0
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu günə olan hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, oktyabrın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 17-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.
Biometeoroloji amillərin normal sutkalıq gedişi, o cümlədən temperatur rejiminin oktyabr ayı üçün bir qədər yüksək olması meteohəssas insanlar üçün əlverişlidir.