Azərbaycanda vəhşi heyvan saxlayanlar cəzalandırılacaq
01 oktyabr 2012 17:09 (UTC +04:00)

Azərbaycanda vəhşi heyvan saxlayanlar cəzalandırılacaq

0
Bu gün Milli Məclisdə “Heyvanlar aləmi haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev məlumat verib. Eldar Quliyev bildirib ki, 1999-cu ildə qəbul olunan və sonradan bir neçə dəfə dəyişiklik edilən "Heyvanlar aləmi haqqında" qanun bu dəyişikliklə daha da sərtləşdiriləcək. "Heyvanlar aləmi haqqında" qanuna təklif olunan dəyişikliklərə əsasən, vəhşi heyvanları yarımsərbəst və qeyri-sərbəst şəraitdə saxlayanlar cəzalandırılacaqlar. Qanunun 24-cü maddəsinə "Vəhşi heyvanların xüsusi icazə olmadan təbii mühitdən ayırmaqla və digər qanunsuz yollarla əldə etməklə yarım sərbəst və qeyri-sərbəst şəraitdə, müvafiq tələblərə riayət etmədən saxlanması, mühafizəsi və istifadəsi aşkar olunduqda həmin heyvanlar bu sahədə dövlət nəzarətini həyata keçirən orqanlar tərəfindən geri götürülərək onların reabilitasiyasına çəkilmiş xərclər ödənilməlidir" mətni əlavə olunur. Eldar Quliyev deyib ki, bu gün restoranlarda və yaxud kimlərsə şəxsi bağlarında vəhşi heyvanlar saxlayırlar. Heyvanı meşədən ayırıb qəfəslərə salmaqla həmin heyvanların hüquqlarını pozurlar. Bu məqsədlərlə heyvanların təbii mühitdən ayrılması yolverilməzdir.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1651

Oxşar yazılar