Amerikalı polkovniki Kənd Təsərrüfatı Nazirliyində olub
0
0
Bu gün ABŞ-ın Bakıdakı səfirliyinin təhlükənin azaldılması üzrə müdafiə ofisinin rəhbəri polkovnik-leytenant Con Meyer Azərbaycan hökuməti ilə birlikdə keçirilən Birgə Əməkdaşlıq Proqramı çərçivəsində kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyevlə görüşüb.
Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu proqramın bir hissəsi kimi Təhlükəlinin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA) Dövlət Baytarlıq Xidməti ilə birgə işləyərək, Bakı şəhəri və Azərbaycanın rayonlarında yerləşən baytarlıq laboratoriyalarında heyətin iş yerində saxlanılması və işə götürülməsi də daxil olmaqla, proqramın davamlılığını qorunması üçün strategiyaların işlənib hazırlanmasında xidmətə öz yardımını göstərir.
TAMA Azərbaycan Dövlət Aqrar Universiteti ilə Birgə Əməkdaşlıq Proqramı (BƏR) çərçivəsində öz tövsiyələrini nazirliyə təqdim edib. Bəhram Əliyev görüşdə nazirlik tərəfdən layihənin dəstəkləndiyini və həyata keçirilməsində hərtərəfli əməli köməklik göstəriləcəyini söyləyib.