Bakı Şəhər Təhsil İdarəsinə şikayət edən olmayıb
05 oktyabr 2012 12:47 (UTC +04:00)

Bakı Şəhər Təhsil İdarəsinə şikayət edən olmayıb

Bir çox mətbu orqanlarda 5 oktyabr müəllimlər günü ilə bağlı şagirdlərdən pul yığılması ilə bağlı söz-söhbətlər gəzir. Məsələ ilə bağlı Lent.az-a münasibət bildirən Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı qeyd edib ki, bununla bağlı BŞTİ-nə şikayət daxil olmayıb: ”Mən hansısa müəllimin şagirdlərdən pul yığması fikri ilə razılaşmıram. Bununla bağlı İdarəmizə də şikayət edən olmayıb”.

Sektor müdiri onu da bildirib ki, bu cür şayiələri yayan insanlar ilk növbədə öz müəllimlərini yada salmalı və onlara qiymət verməlidir.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar