AMEA-dan Tərcümə Mərkəzinin davamlı fəaliyyəti ilə bağlı sərəncam
05 oktyabr 2012 19:56 (UTC +04:00)

AMEA-dan Tərcümə Mərkəzinin davamlı fəaliyyəti ilə bağlı sərəncam

0
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkili haqqında sərəncam imzalayıb. Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Resublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında 23 may 2012-ci il tarixli, 2236 №-li sərəncamı ilə respublikada müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi yaradılıb.

Tərcümə Mərkəzinin Azərbaycanın klassik və müasir ədəbi-mədəni nümunələrinin, elmi, texniki və publisistik əsərlərin dünya xalqlarının dillərinə, həmçinin aparıcı dünya ədəbiyyatlarının Azərbaycan dilinə tərcümə prosesinin mükəmməl təşkili və təkmilləşdirilməsi istiqamətində fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Sərəncamda tərcümə sahəsində elmi-texniki nailiyyətlərin əks olunması və Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin davamlı fəaliyyətinin təşkil edilməsi məqsədilə AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə Tərcümə Mərkəzinin işinin təmin olunması üçün tərcüməsi nəzərdə tutulan əsərlərdən ibarət təkliflər paketinin hazırlanıb bir həftə ərzində AMEA Rəyasət Heyətinə təqdim edilməsi və təkliflər hazırlanarkən əsərlərin elmi-nəzəri, ədəbi-estetik əhəmiyyəti nəzərə alınmaqla onların orijinalının və tərcümə olunacaq dillərin ədəbiyyat siyahısında əksini tapmasına diqqət yetirilməsi tapşırılmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1179

Oxşar yazılar