Göygöldə ağır yol qəzası
05 oktyabr 2012 23:23 (UTC +04:00)

Göygöldə ağır yol qəzası

0
"KamAZ" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb. Minik maşını toqquşmadan sonra dərəyə yuvarlanıb. Həyatını itirən VAZ 2106-nın sürücüsü 46 yaşlı Şəmkir sakini Mahir Hüseynovdur. Yük avtomobilin sürücüsü isə yaralı halda xəstəxanaya yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, VAZ 2106-ni idarə edən sürücü yüksək sürətlə hərəkət edirmiş və ötmə əməliyyatını düzgün yerinə yetirməyib.

Göygöl DYP Bölməsinin baş inspektoru Qubad Qasımov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib ki, ilkin ehtimal kimi hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, son 8 ay ərzində Azərbaycanın avtomobil yollarında 1860-dan çox yol qəza hadisəsi baş verib ki, bunların da əksəriyyətinə səbəb yüksək olub. Qəzalar nəticədə 700-dən çox insan həyatını itib, 2000-dən çox insan isə bədən xəsarətləri alıb
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1512

Oxşar yazılar