“Azərbaycan sərhədlərinin pozulmasına imkan verməyəcək”
Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov qondarma “Dağlıq Qarabağ Respublikası”nın və Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı dezinformasiyaya münasibət bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Orxan Əkbərov Ermənistanın hər zaman kimi öz təxribatçı və dezinformasiya yayma siyasətini davam etdirdiyini söyləyib.
O bildirib ki, istər qondarma “Dağlıq Qarabağ Respublikası”nın, istərsə də Ermənistan Respublikasının Xocalı hava limanından istifadə etmək hüququ yoxdur. Dağlıq Qarabağ və eləcə də ətraf rayonlar Azərbaycanın ərazi vahidinə daxildir və bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, Avropa Şurası, o cümlədən Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini tanıyır. Bu baxımdan Ermənistan parlamentinin də ratifikasiya etdiyi, 7 dekabr 1944-cü il Çikaqo Konvensiyasına 10 may 1984-cü ildə edilən dəyişiklik və 1 oktyabr 1998-ci ildə bu konvensiyanı ratifikasiya edən ölkələrdə qüvvəyə minən, Konvensiyanın “3 Bis” maddəsinə uyğun olaraq Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazisinə qanunsuz uçuş edən hava gəmilərinin endirilməsini tələb edə bilər. Tələb yerinə yetirilmədikdə isə həmin hava gəmilərinə qarşı digər vasitələrdən, o cümlədən fiziki (güc) metodlardan istifadə mümkündür: “Biz Ermənistanı bu tip təxribat xarakterli addımların atılmasından geri çəkilməyə çağırırıq. Bu tip addımlar danışıqlar prosesini uzadır və təkcə iki ölkə arasında deyil, eyni zamanda bütün bölgədə ictimai-siyasi sabitliyin pozulmasına səbəb olur”.
Orxan Əkbərov vurğulayıb ki, Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymaraq bu addımı atsa, Azərbaycan öz qətiyyətli mövqeyinin üzərində dayanacaq və hüququndan istifadə edərək, dünya birliyi tərəfindən qəbul olunmuş sərhədlərinin pozulmasına imkan verməyəcək.

Oxşar yazılar

"Yaşayan Nostradamus"dan yeni bədbin PROQNOZ
27 iyul 2025 , 16:03
Yapon qadınlarından ömür uzunluğuna görə yeni dünya rekordu
27 iyul 2025 , 15:35
"Qara siyahılar və səfərbərlik": Rusiyada kişiləri evlənməyə belə məcbur edəcəklər
27 iyul 2025 , 14:38
Sabah çimərliklərdə hava necə olacaq? - AÇIQLANDI
27 iyul 2025 , 12:21
Şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
27 iyul 2025 , 11:51
Azərbaycanda bu yerlərə leysan yağdı - GÜNÜN HAVASI
27 iyul 2025 , 10:01
Sirlərinizi “ChatGPT”ə etibar etməyin - təhlükə barədə XƏBƏRDARLIQ
26 iyul 2025 , 20:15