
“Mersedes” avtobusa çırpılıb, dayanacağa girdi: 2 yaralı - YENİLƏNİB
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. İdarədən bildirilib ki, yüksək sürətlə hərəkət edən “Mersedes” markalı minik avtomobili dayanacağa yan alan “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub. Bu zaman minik avtomobilinin sürücüsü ağır qəzadan yayınmaq üçün maşını yol kənarına sürüb. “Mersedes” əvvəlcə metal maneələrə dəyib və sərnişinlərin avtobus gözlədiyi dayanacağa girib. Minik maşınının sürücüsü qəzada ağır xəsarət alıb. Avtobusda olan sərnişinlərdən biri də yüngül zədələnib. Sürücü 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
***
Bu gün axşam saatlarında Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi ərazisində, Heydər Əliyev prospekti ilə hərəkət edən “Mersedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını dayanacaqda avtobus gözləyən sərnişinlərə üstünə sürüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Suraxanı rayon polis idarəsi faktı Lent.az-a təsdiqlədi.
Hadisəinin təfsilatı dəqiqləşdirilir.
Oxşar yazılar

Sabah bu ərazilərdə yağış yağacaq - hava PROQNOZU
29 iyul 2025 , 12:54
Həyatınızda inanılmaz hadisələr baş verəcək: Bu gün şanslı olacaq BÜRCLƏR
29 iyul 2025 , 10:54
Yol polisi xanım sürücülərə müraciət etdi: "Belə geyinməyin"
29 iyul 2025 , 09:34
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
29 iyul 2025 , 08:17
Tezliklə varlanacaq BÜRCLƏR: Kim böyük pul qazanacaq
29 iyul 2025 , 00:02
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
28 iyul 2025 , 19:07
Dəyişiklik küləyi bu gündən başlayacaq: Bu BÜRCLƏR üçün xüsusi uğur gətirəcək
28 iyul 2025 , 18:39