“İki körpəni anasız qoymayaq” - AKSİYA
Müğənnilər, aparıcılar və digər tanınmış simalar yardım üçün bir araya gəlib. Lent.az-n məlumatına görə, bir həftədən çoxdur ki, sosial şəbəkələrdə, informasiya agentliklərin də jurnalist Murad Hüseynovun həyat yoldaşı, iki azyaşlı körpənin anası Gülər Məmmədovanın ağır xəstəliyə düçar olması barədə xəbərlər yayılıb. Özü də jurnalist olan Gülər Məmmədovanın həyatını xilas etmək üçün onun əməliyyatına lazım olan məbləği toplamaq məqsədi ilə “Park Bulvar” alış-veriş mərkəzində yardım aksiyası keçirilib. Tədbirə qatılan jurnalistlər, xalq artisti Flora Kərimova, əməkdar artist Ədalət Şükürov, müğənnilər Röya Ayxan, Elnarə Xəlilova və tanınmış digər şəxslər çıxışlarında “İki körpəni anasız qoymayaq” çağırışını ediblər.
Qeyd edək ki, 2 yaşlı Osmanın, 4 aylıq Ayanın anası Gülər ağır xəstədir. Ona qan xərçəngi diaqnozu qoyulub və hazırda müalicə olunması üçün Türkiyənin İstanbul şəhərindəki xəstəxanadadır. Onun müalicəsi üçün 120 min dollar lazımdır. Bu məqsədlə sosial şəbəkələrdə və bəzi yerlərdə dəstək aksiyası keçirilir.
Yalçın Süleymanov

Oxşar yazılar

Sabah bu ərazilərdə yağış yağacaq - hava PROQNOZU
29 iyul 2025 , 12:54
Həyatınızda inanılmaz hadisələr baş verəcək: Bu gün şanslı olacaq BÜRCLƏR
29 iyul 2025 , 10:54
Yol polisi xanım sürücülərə müraciət etdi: "Belə geyinməyin"
29 iyul 2025 , 09:34
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
29 iyul 2025 , 08:17
Tezliklə varlanacaq BÜRCLƏR: Kim böyük pul qazanacaq
29 iyul 2025 , 00:02
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
28 iyul 2025 , 19:07
Dəyişiklik küləyi bu gündən başlayacaq: Bu BÜRCLƏR üçün xüsusi uğur gətirəcək
28 iyul 2025 , 18:39