Misir Mərdanov: “Bəzi rayon məktəblərinin müsabiqəyə qatılmamasına təəssüflənirəm”
15 oktyabr 2012 17:30 (UTC +04:00)

Misir Mərdanov: “Bəzi rayon məktəblərinin müsabiqəyə qatılmamasına təəssüflənirəm”

0
Təhsil Nazirliyində “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin Təşkilat Komitəsinin yekun iclası keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətindən Lent.az-a məlumat verilib.

İclası təhsil naziri Misir Mərdanov açaraq son 5 ildə hər iki müsabiqənin uğurla keçirildiyini diqqətə çatdırıb. Nazir müsabiqə qaliblərinin topladıqları balların yekununa görə müəyyən olunduğunu qeyd edib, habelə hər iki müsabiqənin ölkə təhsilinin inkişafı prosesinin stimullaşdırılması baxımından əhəmiyyətinə toxunub. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin yekunlarından bəhs edən təhsil naziri müsabiqədə iştirak üçün respublikanın əksər bölgələrini təmsil edən 151 məktəbin müraciət etdiyini söyləyib. Misir Mərdanov əvvəlki illərdə olduğu kimi, bu il də müsabiqə iştirakçıları arasında Bakı məktəblərinin üstünlük təşkil etdiyini vurğulayıb və sənədlərin ekspertizasından sonra 111 məktəbin müsabiqənin II mərhələsinə buraxıldığını nəzərə çatdırıb.

Nazir builki müsabiqəyə Mingəçevir və Naftalan şəhərlərindən, Lənkəran, Ağdam, Balakən, Qobustan, Qubadlı, Daşkəsən, Zəngilan, Yardımlı, Kəlbəcər, Goranboy, Laçın, Lerik, Tərtər, Saatlı, Xocalı, Xocavənd, Şuşa rayonundan məktəblərin qatılmamasından təəssüfləndiyini bildirib. Daha sonra Misir Mərdanov «Ən yaxşı müəllim» müsabiqəsi üzrə bir sıra məlumatları diqqətə çatdırıb, müsabiqədə iştirak etmək üçün 464 nəfər müəllimin sənəd təqdim etdiyini bildirib. Ekspertizanın nəticələrinə görə, daha çox bal topalayan 231 nəfərin növbəti mərhələdə iştirak etmək hüququ qazandığı haqda məlumat verən nazir müsabiqə iştirakçılarının fənlər üzə tərkibini də açıqlayıb. Sonda «Ən yaxşı ümumtəhsil məktəbi», eləcə də «Ən yaxşı müəllim» müsabiqələrinin qalibləri təltif olunub, məktəb rəhbərlərinə, müəllimlərə sertifikat və vəsiqələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1109

Oxşar yazılar