İşgüzar adamlar üçün həftəlik Britaniya ulduz falı
0
0
QOÇLAR xeyli pul qazanıb sərfəli yatırım edəcəklər. İşlərin belə gedişatı onları məst edəcəkdir. Siz nailiyyətlərinizlə və gələcək planlarınızla açıq-aşkar öyünəcəksiniz. Astroloqların proqnozlarına görə, siz də OXATANLAR kimi hədəf seçməkdə səhvə yol verməməlisiniz. Lakin xırda-para uğursuzluqlar nə elə bir əngəl, nə də uğurun hər iki bürcün nümayəndələrindən üz çevirdiyinin göstəricisi deyildir. Ola bilsin, prosesə təcrübəsizliyiniz və ya işin mahiyyətinə tam bələd olmamağınız təsir göstərmişdir.
BUĞALARIN həqiqi imkanlarını üzə çıxarmaq istəyənlər onların hər addımını qarabaqara izləyəcəklər. Belə olan vəziyyətdə sizdə həqiqəti onların üzünə çırpmaq istəyi yaranacaqdır. Belə etməyin, uduzan siz olacaqsınız. Başqalarına əhəmiyyət vermədən öz yolunuzla getsəniz daha yaxşıdır. Doğmalarınızla daha da mehriban olun ki, xoşbəxt anlarınızı bölüşmək istəyəndə yanınızda olsunlar.
ƏKİZLƏR tündməcaz və burunlarından uzağı görə bilməyən insanların onların əhvalını pozmalarına imkan verməməlidirlər. Bu vəziyyətdə sizə açıq zehin planeti olan Merkuri kömək edəcəkdir. Bu planetin himayəsi ilə bədxahlarınızı yerində elə oturdacaqsınız ki, bir daha cınqırlarını çıxara bilməyəcəklər. Ailə məsələlərinə gəldikdə isə gözəl münasibətləri korlamamaq üçün müdriklik nümayiş etdirməlisiniz
XƏRÇƏNGLƏRİ ciddi bir həftə gözləyir. Nəhayət qızıldan qiymətli vaxtınızdan ailəniz üçün bir neçə gün ayıra biləcəksiniz. Çalışın həmin günlərdən maksimum istifadə edəsiniz ki, başınızı xarab edən maliyyə problemlərindən yaxşıca dincələ biləsiniz. Həftə sonu sizə cəlbedici, lakin riskli təklif ediləcəkdir. Nəticədə gələcək maliyyə uğurlarınızın təməlini qoymuş olacaqsınız.
ŞİRLƏR uğur qazanmaq üçün bu bürcün nümayəndələrini öz tərəfinə cəlb etməyə çalışan insanların onların hissləri ilə oynamalarına imkan verməməlidirlər. Bu yolda ən etibarlı sipər daxili sərbəstliyinizdir – hətta bəzən sizi məyus etsə və hiddətləndirsə belə. Daxili səsiniz az qala çığıraraq sizi heç xeyirliyə olmayan bu ssenaridən çəkindirməyə çalışır. Vəziyyətdən ən yaxşı çıxış yolu isə cazibədarlığınızı işə salıb, rədd cavabı üçün tutarlı səbəblər tapmaqdır. Başqalarının hisslərini incitməkdən çəkinməyin, çünki özünüzünkü daha əzizdir.
QIZLAR deyəsən, tunelin sonunda işıq ucu görməyə başlayıblar. Biznesiniz yavaş-yavaş çiçəklənir, ticarət dövriyyəsi genişlənir, ailə cəbhəsində də əmin-amanlıqdır. Sadəcə, qazandıqlarınızı itirməmək üçün ehtiyatı olmaq qalır. Bu yolda təcrübələri dostlarınız sizə dəstək olacaqlar.
TƏRƏZİLƏR bu həftə əməlli-başlı, doyunca dincələ bilərlər. Başlıcası hər şeyi xəsislik göstərmədən ürək dolusu etməkdir. Bu arada valideynlərinizi də unutmayın. Təbiətin qoynunda dincəlmək onların da ovqatını yüksəldəcəkdir. “Qaynar turlar” hələ də yolunuzu gözləyir, havalar isə tamam soyumayıbdır. Məxməri mövsümü Aralıq dənizi kurortlarından birində keçirməyin ayrı ləzzəti vardır. Əgər belə bir imkanınız yoxdursa, dost məclisləri də işə yarayar.
ƏQRƏBLƏRİ kiçik bir sürpriz gözləyir. Siz uzun müddətdir ki, yeni və əhəmiyyətli nəyinsə intizarındasınız. Tezliklə belə bir fürsət sizə veriləcək. Nailiyyətlərinizdən təsirlənən rəisiniz məvacibinizi artıracaq.
OXATANLARIN həftəsi sarsıntısız-filansız keçəcəkdir. Lakin yeknəsəqlik bəzən gərginlikdən daha yorucudur. Ətrafda həyat qaynayır, yanınızdan ötüb keçir. Qətiyyətli addım atmaq, məsələn, yeni işgüzar tərəfdaş tapmaq və ya köhnə tərəfdaşınızı dəyişdirmək vaxtı çatıbdır. Həftə sonu daha çox istirahət etməyə çalışın.
OĞLAQLAR bir yerdə otura bilmirlər. Onlara elə gəlir ki, səyahət zamanıdır. Buna baxmayaraq, firmanızın qarşıdan gələn yubiley tədbirlərinə hazırlaşmaq üçün əlverişli vaxt məhz indidir. Hər şeyin planauyğun getməsini təmin etmək üçün rəhbərliklə, ən gərgin məsələləri isə yaxınlarınızla məsləhətləşməlisiniz.
DOLÇALAR üçün bu yeddi gün məhəbbət və xoşbəxtlik işarəsi altında keçəcəkdir. Sevgilinizə bahalı hədiyyə almaq üçün əlverişli zamandır. Ürəyinizi açmaq, sevginizi etiraf etmək üçün cəsarətlə hərəkət keçin. London astroloqları hesab edirlər ki, sevdiyiniz insan həqiqi ömür-gün yoldaşı olacaqdır. Lakin eşqdən alışıb-yanarkən yaxınlarınızı unutmayın,
BALIQLAR işdə özlərini həddindən artıq yormamalıdırlar. Aydın məsələdir ki, təxirəsalınmaz işlər heç vaxt bitib-tükənməyəcəkdir. Odur ki, sağlamlığınız barədə düşünməlisiniz. İdman, əyləncələr, imkan daxilində günəş vannaları – bu həftə üçün qrafikiniz məhz belə olmalıdır.
Azərtac