“Ekonomist” jurnalının növbəti sayı çapdan çıxdı – FOTO
16 oktyabr 2012 10:15 (UTC +04:00)

“Ekonomist” jurnalının növbəti sayı çapdan çıxdı – FOTO

0
«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 31 buraxılışı işıq üzü görüb.

«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazılarla tanış ola bilərlər. Jurnalın bu sayında ölkənin 2012-ci ilin I yarısı üçün tədiyyə balansının təhlili, Dünya İqtisadi Forumu tərəfindən hazırlanan ölkələrin rəqabət qabiliyyəti üzrə reytinq, sığorta şirkətlərinin yanvar-avqust ayları üzrə renkinqi, oktyabrın 17-20-də Bakıda keçiriləcək tikinti sərgisi ilə bağlı müsahibə, pərakəndə qızıl bazarı üzrə araşdırma, əmək bazarındakı problemlərə həsr olunmuş analitik məqalə, hotel və mehmanxanaların tarixi barədə material və s. məqalələr dərc olunub. Həmçinin, bu nömrədə kommersiya banklarının şəffaflığı üzrə Azərbaycanda ilk dəfə hazırlanmış xüsusi renkinqlə tanış olmaq mümkündür.

Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1010

Oxşar yazılar