Deputat aliment verməyənlər üçün cəza istədi
16 oktyabr 2012 13:23 (UTC +04:00)

Deputat aliment verməyənlər üçün cəza istədi

0
Bu gün Milli Məclisdə "İcra haqqında" qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. Lent.az-ın verdiyi məlumata görə, sənəd barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Millət vəkili Elmira Axundova deyib ki, dəyişiklik alimentlərin ödənilməsini də əhatə edir: “Çünki qərəzli şəkildə ödənişdən qaçanlardan ödənişlərin yığılmasının mexanizmi hazırlanmayıb. Əgər müəyyən olunubsa ki, şəxs boşanıb, aliment ödəmir, onu sürücülük
hüququndan məhrum etmək, xarici ölkələrə ezamiyyətə buraxmamaq olardı. Xarici ölkələrdə belə addımlar atılır. Xahiş edirəm ki, təkliflərimizi nəzərdən keçirə və “İcra haqqında” qanuna bu dəyişiklikləri edəsiniz”.

Əli Hüseynli də Elmira Axundovanın qaldırdığı məsələnin aktual olduğunu söyləyib və bu təklifin Ədliyyə Nazirliyi ilə müzakirə ediləcəyini bildirib.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1235

Oxşar yazılar