Siyavuş Novruzov: “Aşsüzənə dönüb...”
16 oktyabr 2012 13:25 (UTC +04:00)

Siyavuş Novruzov: “Aşsüzənə dönüb...”

0
Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik dağınıq skleroz xəstəliyi səbəbindən həmin şəxslə əmək müqaviləsinin bağlanmasından imtina edilməsinə, yaxud əmək müqaviləsinə xitam verilməsinə görə vəzifəli şəxsin 1500-2000 manat cərimələnməsini nəzərdə tutur.

Millət vəkili Siyavuş Novruzov isə deyib ki, İnzibati Xətalar Məcəlləsi aşsüzənə dönüb: “Tez-tez İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edirik. Ümumiyyətlə, İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanmasına ciddi ehtiyac var”.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1976

Oxşar yazılar