TQDK qəbul imtahanı proqramlarını müzakirə edəcək
16 oktyabr 2012 14:39 (UTC +04:00)

TQDK qəbul imtahanı proqramlarını müzakirə edəcək

0
“Azərbaycan dili (Azərbaycan və rus bölmələri üzrə), xarici dil (ingilis dili, alman dili və fransız dili) fənləri üzrə orta və ali təhsil müəssisələrinin müəllimləri və metodistlərınin iştirakı ilə seminarlar keçirilib”. Bunu Lent.az-a açıqlamasında TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib.

Mətbuat katibi qeyd edib ki, seminar iclaslarında iş planı müzakirə edilərək, təsdiq olunub. “TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində həmin bölgələrdən olan müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclaslarda iştirak edib və internet vasitəsilə təşkil olunmuş vidiobağlantı əsasında öz fikirlərini bildirib” - deyə, E. Nağızadə əlavə edib.

TQDK sözçüsü onu da vurğulayıb ki, növbəti seminar iclaslarından etibarən 2013-cü ildə ali məktəblərə qəbul imtahanı proqramlarının müzakirəsinə başlanacaq.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1664

Oxşar yazılar