Nəqliyyat Nazirliyi avtobus sərnişinlərinə müraciət edib
0
0
Lent.az-ın məlumatına görə, bir neçə gündür ki, avtobuslarda sərnişinlərə ünvanlanmış bildiriş lövhələri yapışdırılıb. Lövhələrdə “Bakı Sərnişin Nəqliyyat” MMC-nin adından sərnişinlərə müraciət edilir. Bildirilir ki, Bakı sakinləri avtobuslarla bağlı rastlaşdıqları problemlərin həll edilməsində MMC-yə kömək etməlidir və insanlar şikayət və müraciətlərini “qaynar xətt” nömrələrinə (012 561 76 28-29) çatdıra bilər.
Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Yeganə Zeynalova Lent.az-a bildirib ki, sərnişinlər problemlərlə bağlı biganə qalmamalıdır və rastlaşdıqları qayda pozuntularını dərhal aidiyyatı üzrə çatdıra bilərlər: “Belə yeniliklər hələ çox olacaq. İstəyirik ki, sərnişindaşımada keyfiyyəti artıraq”.
Qeyd edək ki, son aylarda Bakıda sərnişin avtobuslarının iştirakı ilə xeyli yol-nəqliyyat hadisəsi baş verib. Avtobuslarla sərnişindaşıma ilə bağlı vaxtaşırı reydlər keçirilir, bu istiqamətdə ictimai müzakirələr aparılır.
Nizam RZA