Bakıda iki tibb müəssisəsinin açılışı olub
18 oktyabr 2012 18:39 (UTC +04:00)

Bakıda iki tibb müəssisəsinin açılışı olub

Ölkədə tam müasir tələblərə cavab verən, tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılması istiqamətində genişmiqyaslı işlər davam etdirilir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni tikilən, yaxud da əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb ocaqlarının sıralarına 7 saylı Uşaq Yoluxucu Xəstəxanası və 4 nömrəli Uşaq Poliklinikası da daxil olub.

Belə ki, adı çəkilən tibb müəssisələrinin, 7 saylı Uşaq Yoluxucu Xəstəxanası və 4 nömrəli Uşaq Poliklinikasının açılışı olub. Yenidənqurma işlərindən sonra istifadəyə verilən tibb müəssisələrinin hər birində yüksək səviyyədə tibbi xidmət göstərmək üçün şərait yaradılıb. Poliklinika 25 min yerli əhaliyə xidmət göstərəcək. Minlərlə əhaliyə xidmət edəcək müəssisələr kimi bu tibb ocaqlarında da yaradılmış şərait müraciət edənlərə daha effektiv tibbi yardım göstərməyə imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708

Oxşar yazılar