Ədliyyə Nazirliyi “Yeni Üfüq”ü qeydiyyata aldı
19 oktyabr 2012 15:02 (UTC +04:00)

Ədliyyə Nazirliyi “Yeni Üfüq”ü qeydiyyata aldı

Azərbaycan Qarabağ Seyid Ocaqlarının təmsilçilərindən olan Sevinc Əzimbəylinin rəhbərlik etdiyi “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Birliyin sədri S. Əzimbəylinin Lent.az-a verdiyi məlumata görə, birliyin əsas məqsədi ölkəmizdə milli dəyərlərin, mədəni irsin qorunub saxlanılması və təbliğ edilməsindən ibarətdir. Ölkəmizdə milli və mənəvi irsimizin həqiqi təəsübkeşi Azərbaycan dövlətidir. Birlik sədri onu da vurğulayıb ki, "Yeni Üfüq"ün ən əsas prinsiplərindən biri Azərbaycan dövlətçiliyinin bütövlüyü yolunda mənəviyyat adamları ilə birlikdə sistemli şəkildə fəaliyyət göstərməkdən ibarət olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1576

Oxşar yazılar