Yasamalda içməli suyun verilməsinə məhdudiyyət olacaq
19 oktyabr 2012 16:47 (UTC +04:00)

Yasamalda içməli suyun verilməsinə məhdudiyyət olacaq

Bakı şəhəri Yasamal rayonunun bəzi yerlərində içməli suyun verilməsində fasilələr yaranacaq. “Azərsu”ASC-nin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, “Qızıl Şərq” adlanan hərbi şəhərcik ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

Bununla əlaqədar 19-20 oktyabr tarixlərində şəhərcik ərazisinə, eləcə də Şahbazi və İ.Qutqaşenli küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qeyd edək ki, indiyədək şəhərcik ərazisində içməli su səhər və axşam qrafiklə verilirdi. Yeni magistral xəttin şəbəkəyə qoşulmasından sonra içməli su təchizatı fasiləsiz olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1141

Oxşar yazılar