Gülər Əhmədova BDU-da işə çıxıb - YENİLƏNİB
Bu barədə APA-ya BDU-nun sosial elmlər və psixologiya fakültəsinin dekanı Hikmət Əlizadə məlumat verib.
Onun sözlərinə görə, G.Əhmədova bu gün psixologiya fakültəsinin magistraturasında təhsil alan tələbələrə dərs deyib.
Qeyd edək ki, G.Əhmədova sentyabrın 20-dən sonra universitetə gəlməyib. Bu, məlum “video qalmaqalı” ortaya çıxandan sonra onun ilk dərsi olub.
BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova isə APA-ya açıqlamasında Gülər Əhmədovanın polis nəzarəti altında dərs keçməsi haqqında bəzi saytlarda yayılan xəbəri təkzib edib: “Nə onun dərs keçdiyi auditoriyanın, nə də müəllimi olduğu Psixologiya kafedrasının qarşısında heç bir xüsusi nəzarət olmayıb. Həmişəki kimi növbətçilər dəhlizlərdə sakitliyi təmin edib, universitetin mühafizə xidmətinin əməkdaşları isə tələbə və müəllimlərdən işçi vəsiqəsi və tələbə bileti soruşduqdan sonra tədris binasına buraxıblar. Dərs sakit və normal tərzdə keçib”.

Oxşar yazılar

Bu il 41 bağça müdiri işdən çıxarılıb
30 iyul 2025 , 15:35
İstilik təchizatının qiyməti qalxdı
30 iyul 2025 , 14:55
Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...
30 iyul 2025 , 14:18
Sabah əsl çimərlik havası olacaq - PROQNOZ
30 iyul 2025 , 13:48
İsti hava və günəş dərmanlarınızın təsirini necə dəyişir?
30 iyul 2025 , 13:19
Sabah 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
30 iyul 2025 , 12:20
Daha 46 nəfərin diplomu tanınmadı
30 iyul 2025 , 11:40