“Billur su” istifadə üçün yararsız çıxdı
Bakı şəhəri, Xətai rayonu, A.İsmayılov küçəsi, 35 ünvanında Nizameddin Yusuf Zergerə məxsus istehsalat sahəsində yoxlama aparılıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan yoxlamalar zamanı “Billur su” adlı suların saxlama müddətinin heç bir normativ-texniki sənədə əsaslanmadan təyin edilməsi, suların etiketində qablaşdırılma tarixinin göstərilməməsi, habelə istehsal edilən suların insan istifadəsi üçün yararsız olduğu aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə Nizameddin Yusuf Zergerə 2 min 911 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Oxşar yazılar

Bu il 41 bağça müdiri işdən çıxarılıb
30 iyul 2025 , 15:35
İstilik təchizatının qiyməti qalxdı
30 iyul 2025 , 14:55
Peşə məktəblərindəki boşluqlar: Bəlli olmayan ünvan, qaranlıq ixtisas seçimi və...
30 iyul 2025 , 14:18
Sabah əsl çimərlik havası olacaq - PROQNOZ
30 iyul 2025 , 13:48
İsti hava və günəş dərmanlarınızın təsirini necə dəyişir?
30 iyul 2025 , 13:19
Sabah 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
30 iyul 2025 , 12:20
Daha 46 nəfərin diplomu tanınmadı
30 iyul 2025 , 11:40