İtlər yarışır
Bakıda Azərbaycan Respublikası Kineloqiya İttifaqı, Makedoniya və Özbəkistan respublikaları Kineloqiya Federasiyaları ilə birgə «Caspian sea winner 2012» adlı kineloji festival (sərgi) keçirilib.
APA-nın məlumatına görə, sərgidə 50 müxtəlif cinsdə 130-dan çox it, eyni zamanda Akita-Inu, Malteze, Bishon, Frize və s . Azərbaycanda nadir olan cins itlər də iştirak edib.
Azərbaycan Respublikası Kineloqiya İttifaqının prezidenti Zaur Ağabəyli bildirib ki, bu gün yekunlaşacaq festivalda bir neçə nominasiya üzrə qalib seçiləcək: “Qalibin seçilməsi üçün bir çox kriteriyalara önəm verilir. Ən əsası, itlərin bədən quruluşu, özünü aparması, tükün formasına da diqqət yetirilir. Hakimlər Azərbaycan, Ukrayna, Belarus, Makedoniya mütəxəssisləridir. Sərgidə Makedoniya Çempionu, Özbəkistan Çempionu, Azərbaycan Çempionu, Beynəlxalq Çempion, eləcə də sərginin nəticələrinə əsasən, Payız 2012 mövsümünün ən yaxşı iti seçiləcək”.
Z.Ağabəyli deyib ki, rəhbərlik etdiyi qurum eyni zamanda Azərbaycandakı itlərin digər ölkələrdə keçirilən beynəlxalq festivallara qatılmasında iştirak edir. Sözügedən festival isə artıq bir neçə ildir hər ilin yaz mövsümündə baş tutur. İttifaq rəhbəri eləcə də, Azərbaycan ailələrinin itlərə qarşı xüsusi diqqətli olması, onlara daha qayğı göstərməsi yolunda bir sıra layihələrin həyata keçirilmək niyyətində olduqlarını qeyd edib: “Azərbaycanda itlərin yiyəsiz buraxılması çox mənfi haldır. Amma Azərbaycanda bununla bağlı psixologiya hələ yetişməyib. O səbəbdən də bu hərəkətlərlə mübarizə aparmaq yox, insanlarımızda münasibəti dəyişdirmək lazımdır. İtlərə, ümumiyyətlə ev heyvanlarına qarşı münasibət dəyişilsə, sözsüz ki, qəddarlıqda aradan qaldırılacaq”.

Oxşar yazılar

Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09