Ailə və idarələrdə dilin qorunması məsələsi müzakirə olunacaq
0
0
Dekabrın 13 və 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə “Ölkədə dil situasiyası” mövzusunda elmi konfrans keçiriləcək. Bu barədə Lent.az-a AMEA-dan məlumat veriblər.
Konfransda ali və orta məktəblərdə Azərbaycan dilinin daha dərindən öyrənilməsi, ailə, idarə və digər ictimai yerlərdə dilin qorunması, mətbuat, TV, radioda dil məsələlərinə həsr olunan çıxış və müzakirələrin təşkili məsələləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulub.