Çörək sexlərində acınacaqlı görüntü -
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Əsgər Nəcəfova məxsus müəssisədə çörək istehsalına dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən olunub ki, istehsal olunan buğda unundan çörək məhsuluna müəyyən edilmiş qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan müəssisə fəaliyyət göstərir, istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur, xammalların və hazır məhsulların saxlandığı anbar mövcud sanitar normalara cavab vermir. Bundan başqa müəssisədə istehsal olunan məhsulun müayinəsi üçün sınaq bölməsi (laboratoriya) yoxdur, sınaqların aparılması üçün hər hansı laboratoriya ilə müqavilə bağlanmayıb. Aşkar olunan nöqsanlara görə, müəssisədə buğda unundan çörək istehsalı və satışı qadağan edilib.
Bundan başqa Komitə tərəfindən Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsi 25/28 ünvanında fəaliyyət göstərən fiziki şəxs Rahilə Hacıyevaya məxsus müəssisədə, Sumqayıt şəhərində 7,8, 12-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Afaq Piriyevə məxsus müəssisədə, Şamaxı şəhəri, 41-ci məhəllə ünvanında fəaliyyət göstərən fiziki şəxs Qahir Dəmirova məxsus müəssisədə, Şamaxı şəhəri, “Bənövşə” restoranının yanında fəaliyyət göstərən fiziki şəxs Tağı Cəfiyevə məxsus müəssisədə, Salyan Ərazi İdarəsi tərəfindən Şirvan şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən fiziki şəxs Ziya Əliyevə məxsus sexdə, Lənkəran Ərazi İdarəsi tərəfindən Lənkəran şəhəri, 46-cı məhəllə ünvanında fiziki şəxs statusu ilə fəaliyyət göstərən Hikmət Hüseynova məxsus çörəkbişirmə sexlərində dövlət nəzarəti tədbirləri həyata keçirilib. Yoxlama keçirilən bütün müəssisələrdə ciddi qanun pozuntuları aşkar edilib.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq protokol tərtib edilib, həmin müəssisə rəhbərləri cərimələnib və müəssisələrdə çörəyin istehsalı və satışı qadağan edilib.

Oxşar yazılar

Agentlik: “News24.az”-də manipulyativ başlıqlara rast gəlinməkdədir
3 avqust 2025 , 18:27
Laçında ayı balası-FOTO
3 avqust 2025 , 13:46
132 yaşlı qadın öldü: Üç tarixi dövrün şahidi idi, 100-dən çox nəvəsi var
3 avqust 2025 , 12:37
41 dərəcə isti olacaq - SABAHIN HAVASI
3 avqust 2025 , 12:05
Şəhid atası vəfat etdi
3 avqust 2025 , 09:25
Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22