Bakı məscidləri Aşura gününə hazırlaşır - FOTO
Aşura günündə İçərişəhərdəki “Cümə” məscidində ənənəvi qanvermə aksiyası keçiriləcək. Lent.az-ın məlumatına görə, noyabr ayının 25-nə təsadüf edən Aşura günündə bir çox dini ibadət yerində könüllü qanvermə aksiyalarının keçirilməsi qərara alınıb. Səbail rayonunda, İçərişəhərdə yerləşən “Cümə” məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, artıq neçə ildir, Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı könüllü qanvermə aksiyaları təşkil olunur: “Dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsarət yetirmək bəyənilmir və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, həmçinin vətən uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək. Həm də həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Buz talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri dəstəkləyirik və «Cümə» məscidində bu aksiya artıq 7-ci dəfə təşkil olunacaq”.
Artıq məsciddə qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemofiliya və Transfiziologiya İnstitutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq.
Qeyd edək ki, Aşura günü Səbail rayonunda «Cümə» məscidi ilə yanaşı rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bununla əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.

Oxşar yazılar

Bütüm həftəni “qara zolaq”da olacaq BÜRCLƏR: Onlar kimlərdir?
17 iyun 2025 , 18:31
Sabahın tibbi-meteoroloji PROQNOZU
17 iyun 2025 , 16:36
Bakıda satılan bu duzun tərkibində 1 faiz də yod yoxdur - ARAŞDIRMA
17 iyun 2025 , 16:07
Bu həftə şənbə günü də işləyəcəyik
17 iyun 2025 , 15:34
Arıqlamağa mane olan ət növləri
17 iyun 2025 , 14:45
30-dan çox sürücü buna görə cərimələndi - VİDEO
17 iyun 2025 , 14:41
Bakıda "su yığmağa" gərək var? - Sakinlərin narahatlıqlarına qurumdan CAVAB verildi
17 iyun 2025 , 13:55