Misir Mərdanov: “İşlər uğurla davam etdirilir”
“Azərbaycanla Avropa Birliyi arasında Tempus, Erasmus-Mundus, Jan Mone, TAİEX, Tvininq və Siqma proqramları çərçivəsində əməkdaşlıq aparılır”. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu fikirləri Avropa Birliyinin (AB) Azərbaycan üzrə əlaqələndiricisi Yurgen Kettnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə təhsil naziri Misir Mərdanov bildirib.
Nazir Azərbaycanın AB ilə mövcud əməkdaşlığının daha da genişləndirilməsi məqsədi ilə 2009-cu ildə Avropa Birliyi - Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində təsis edilmiş Alt komitənin Bakıda keçirilmiş ilk iclası barədə məlumat verib: “Bu istiqamətdə nəzərdə tutulmuş işlər uğurla davam etdirilir. Qeyd olunan proqramlar çərçivəsində inklüziv təhsil, peşə təhsili və təlimi, ali təhsil, doktorantura sahələrində bir neçə tədbirlər həyata keçirilib”.
M.Mərdanov əməkdaşlığın perspektiv inkişafına dair bir sıra təklifləri nəzərə çatdırıb.
Daha sonra görüşdə birgə elmi-tədqiqat layihələrinin aparılması, orta təhsil üzrə əməkdaşlıq, müəllim hazırlığı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Avqustda pulla çiməcəklər: Siyahıda 3 BÜRC var
5 avqust 2025 , 00:02
Bu xiyarlar bankada partlaya bilər - Hansı meyvələri heç vaxt konservləşdirilməməlidir
4 avqust 2025 , 19:59
Meteohəssas insanlara sabahın havsı ilə bağlı XƏBƏRDARLIQ
4 avqust 2025 , 18:44
Şöhrət, pul, sevgi: Avqustda şanslı olacaq 4 BÜRC
4 avqust 2025 , 18:28
Bakının bu rayonunda işıq olmayacaq
4 avqust 2025 , 17:56
Dağlarda rekord sayda ölüm: Nə baş verir?
4 avqust 2025 , 17:31
Bakını toz bürüdü
4 avqust 2025 , 16:39