Maliyyə yardımı müsabiqəsinə QHT-lərdən 561 layihə qəbul edilib
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 15 yanvar 2009-cu ildə QHT layihələrinin maliyyələşdirilməsi üçün növbəti maliyyə yardımı müsabiqəsi başa çatıb.
Lent.az-ın məlumatına görə, müsabiqənin elan edildiyi müddətdə (15 yanvar -15 fevral 2009-cu il) Şura katibliyinin əməkdaşları müəyyən edilmiş iş qrafiki çərçivəsində layihələrin qəbulunu həyata keçiriblər. Layihə təkliflərinin hazırlanması və təqdim edilməsi mərhələsində Şuranın katibliyi tərəfindən QHT-lərə digər konsultativ və təşkilati-texniki yardımlar da göstərilib.
Nəticədə maliyyə yardımı müsabiqəsi çərçivəsində Şura katibliyi QHT-lərdən 561 layihə qəbul edib. O cümlədən, dörd layihə 16 fevral 2009-cu ildə katibliyə poçt vasitəsilə daxil olub. Həmin layihələrin müsabiqəyə 15 fevral 2009-cu ildən əvvəl göndərilməsi haqda zərfin üstündə müvafiq poçt qeydi edilib.
Xatırladaq ki, 2008-ci ildə Şuranın elan etdiyi maliyyə yardımı müsabiqəsinə 361 QHT təqdim edilmişdi. Bu il layihələrin çoxluğu qiymətləndirmə mərhələsində Şuranın daha çevik və daha obyektiv işləməsini zəruri edir. Şura QHT rəhbərlərinin nəzərinə çatdırır ki, maliyyə yardımı almaq üçün yalnız və yalnız layihənin peşəkarlıqla yazılışına, seçilmiş mövzunun ictimai aktuallığına və onu təqdim etmiş təşkilatın müvafiq sahədə iş təcrübəsinə güvənmək olar.
Hazırda layihələr istiqamətlər üzrə qruplaşdırılaraq növbəti qiymətləndirilmə mərhələsinə hazırlanır. Sonrakı mərhələlərdə layihələrin qiymətləndirilməsi prosesi barədə QHT nümayəndələrinin çoxsaylı müraciətlərini və suallarını nəzərə alaraq, Şura layihələrin qiymətləndirilməsi qaydaları və mərhələləri haqda məlumatı bir daha təqdim edir.

Oxşar yazılar

Sabahın tibbi-meteoroloji PROQNOZU
2 may 2025 , 19:59
Bakıda hava qaralanda bu avtobuslar yoxa çıxır... - YENİLƏNİB
2 may 2025 , 19:27
Bu rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
2 may 2025 , 18:16
Aprelin 6-da keçirilən imtahanların NƏTİCƏLƏRİ
2 may 2025 , 17:33
Dünyanın ən yaxşı çimərlikləri - SİYAHI
2 may 2025 , 15:51
“Xaricdə təhsil” fırıldaqçılarından necə yayınaq? – Bu şirkətlərlə ehtiyatlı olun
2 may 2025 , 15:23
"Manatlıq taksilər qazandıqlarını cəriməyə verirlər" - Yol polisindən AÇIQLAMA
2 may 2025 , 15:11