
Uşaq geyimləri və məktəb ləvazimatlarının qiymətinə dair monitorinq aparılır
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakıda və regionlarda uşaq geyimləri və məktəbli ləvazimatlarının satışını həyata keçirən obyektlərdə monitorinqlərə başlayıb.
İİN-dən “APA-ECONOMICS”ə verilən məlumata görə, monitorinqlər yeni dərs ilinin başlanması ilə əlaqədar uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətində süni artımların qarşısının almaq məqsədilə keçirilir.
Monitorinqlər zamanı süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək. İstehlakçılardan uşaq geyimləri və məktəbli ləvazimatlarının qiymətlərində müşahidə etdikləri qiymət artımları barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermək xahiş olunur.
Oxşar yazılar

Yaxın illərdə güclü maqnit qasırğaları gözlənilir - XƏBƏRDARLIQ
2 avqust 2025 , 21:15
Bu ölkəyə güclü qar yağdı, uşaqlar qartopu oynadılar
2 avqust 2025 , 19:22
Sabah hava bu insanlar üçün çox təhlükəli olacaq
2 avqust 2025 , 19:09
Astroloqlardan avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
2 avqust 2025 , 18:47
"Geri qayıtmaq istəmirdim": Klinik ölüm yaşayan kişinin təəccüblü HEKAYƏSİ
2 avqust 2025 , 18:25
Yekaterinburqda Azərbaycan bazarı söküldü - FOTOLENT
2 avqust 2025 , 17:34