Zəlzələ episentrində yerləşən qədim yaşayış məskəni tapıldı - EKSKLÜZİV
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində apardığı tədqiqatlar nəticəsində burda aşkar olunan qədim yaşayış məskəninin zəlzələnin episentrində yerləşdiyi məlum olub. Şahtaxtı Arxeoloji kompleksində aparılan tədqiqat işləri zamanı bundan başqa bir sıra maraqlı faktlar da ortaya çıxıb. Şahtaxtı Arxeoloji kompleksi ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev Lent.az-a bildirib ki, bu qədim yaşayış məskənində eneolit dövründən bu günə qədər yaşayış olub. Bu isə bu tipli abidələrə xarakterik xüsusiyyət deyil.
Qəhrəman Ağayev tədqiqat işləri bitdikdən sonra həmin ərazidə açıq muzey kompleksinin salınması fikrində olduqlarını bildirdi. Onun sözlərinə görə, qədim yaşayış məskəni Azərbaycan İran sərhədində və ipək yolunun üzərində yerləşir. Q.Ağayev əlavə edib ki, həmin muzeyin tikintisi Arxeologiya və Etnoqrafiya İnstitutunun imkanları xaricindədir. Bunun üçün külli miqdarda vəsait lazımdır.
Qeyd edək ki, Şahtaxtı Arxeoloji kompleksində tədqiqat işlərinə 1978-ci ildə başlanıb. Həmin vaxt ərazidə 35 qəbir abidəsi tapılıb. 1979-cu ildən isə Şahtaxtı yaşayış yerində geniş arxeoloji tədqiqatlara başlanılıb. 1987-ci ildə tədqiqat işləri dayandırılıb. 2005-ci ildən isə ərazidə yenidən qazıntı işlərinə başlanılıb.
Vəli Turan

Oxşar yazılar

Bakıda 40 dərəcə isti oldu - GÜNÜN HAVASI
7 avqust 2025 , 09:27
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 avqust 2025 , 08:13
Avqustda hansı BÜRCLƏR əsl “pul maqnitinə” çevriləcək?
7 avqust 2025 , 00:02
Yadplanetlilər yerə hücum edə bilərlər – Tarix AÇIQLANDI
6 avqust 2025 , 20:15
Meteohəssas insanlara XƏBƏRDARLIQ: Sabah evdən çıxmayın
6 avqust 2025 , 19:59
Soğan bütün il boyu xarab olmayacaq: ən yaxşı saxlama üsulu
6 avqust 2025 , 19:31
Üç BÜRCƏ tezliklə arzularını yerinə yetirmək şansı veriləcək
6 avqust 2025 , 18:32