Sumqayıtda ailə faciəsi
Azərbaycanın Sumqayıt şəhərində dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.
Hadisə sentyabrın 16-dan 17-nə keçən gecə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 21 yaşlı Elxan Hacıyev ailə münaqişəsi zəminində atası, 51 yaşlı Rasim Hacıyevi bıçaqlayıb. Ağır xəsarətlə xəstəxanaya çatdırılan R. Hacıyevi xilas etmək mümkün olmayıb.
Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən E. Hacıyev saxlanılıb. Polisdən, həmçinin bildirilib ki, E. Hacıyev hadisəni törədərkən sərxoş olub.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Oxşar yazılar

Azərbaycanda ŞOK: 72 yeniyetmə abort etdirib
13 avqust 2025 , 17:19
Azərbaycanda qadın yenidən evlənsə belə, keçmiş ərindən aliment ala bilər
13 avqust 2025 , 17:14Bloger Səlim Milli vəfat etdi
13 avqust 2025 , 16:18
Botoks və dolğularla bağlı əhaliyə müraciət: Qadağandır!
13 avqust 2025 , 16:13
Yaponiyadan gələn qazlı sularda uyğunsuzluq aşkarlandı
13 avqust 2025 , 16:01
Yayda evlər nə qədər müddətdə təmizlənməlidir? - Təhlükələrlə bağlı ARAŞDIRMA
13 avqust 2025 , 15:47
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
13 avqust 2025 , 14:22