“Leyla Şıxlinskayanın Klinikası”nın baş həkimi istefa verdi
30 iyul 2009 16:30 (UTC +04:00)

“Leyla Şıxlinskayanın Klinikası”nın baş həkimi istefa verdi

0
Toğrul Adıgözəlov qərarının səbəbləri barədə açıqlama verməyib
Bakının məşhur klinikalarından olan “Leyla Şıxlinskayanın Klinikası”nın baş həkimi Toğrul Adıgözəlov tutduğu vəzifədən istefa verib. Bu barədə Trend Life-a yaxın mənbələr məlumat veriblər.
Tibb elmləri nazmizədi Adıgözəlov klinikaya 1999-cu ildən rəhbərlik edir. 1999-cu ildə ölkənin ilk özəl tibb müəssisəsi olan klinikanın açılışında prezident Heydər Əliyev də iştirak etmişdi.
2005-ci ildə keçmiş səhiyyə naziri Əli İnsanov klinikanı lisenziyadan məhrum etmək istəsə də, Adıgözəlov məhkəmədə klinikanın maraqlarını qoruya bildi.
Doktor Adıgözəlovun özü son qərarı barədə açıqlama verməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2394

Oxşar yazılar