Goranboy rayonunda meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Elməddin Gündüz oğlu Məmmədovun meyiti babasına məxsus evin həyətində aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.