"Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" - MƏHKƏMƏ
09 iyun 2026 16:06 (UTC +04:00)

"Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır" - MƏHKƏMƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda qətl törətməkdə təqsirləndirilən Nəcəf Qafarov və Nuranə Məhərrəmovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, təqsirləndirilən Nuranə Məhərrəmovanın vəkili hüquqlarını müdafiə etdiyi şəxsin psixi vəziyyətinin yoxlanılması məqsədi ilə ona stasionar müalicə təyin olunması barədə vəsatət verib.

Zərərçəkənin hüquqi varisi isə deyib ki, Nuranə özünü dəliliyə qoymaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır: "Möhtərəm məhkəmə, sizdən xahiş edirəm, bu ikisini ən ağır cəzaya məhkum edəsiniz".

Təqsirləndirilənlərdən Nəcəf Qafarov həbsə düşəndən sonra nəvəsinin başına gətirilənlərdən danışıb: "Əgər çöldə olub öyrənmiş olsaydım, bunlardan heç kim sağ qalmazdı. Onları da öldürərdim, özümü də".

Məhkəmə tərkibi qısa müşavirədən sonra vəsatətin təmin olunmadığını elan edib.

Daha sonra sənədlərin tədqiqi mərhələsinə başlandığı elan edilib, hadisə yerində olan müşahidə kameralarına baxış keçirilib.

Növbəti proses 23 iyun saat 16:30-a təyin olunub.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə 2025-ci il  aprelin 21-də 37 yaşlı Ədil Məhərrəmovun Binəqədi rayonu ərazisində yerləşən fərdi yaşayış evində qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə istintaq edilən cinayət işi üzrə sonuncunun qohumu Nəcəf Qafarov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar