FHN-nin Akademiyasının kursant və müdavimləri and içdilər
Bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ilk tədris ilinin başlanması ilə əlaqədar mərasim keçirilib.
APA-nın xəbərinə görə, mərasimə başlanmazdan əvvəl Akademiyanın şəxsi heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Akademiyada ilk tədris ilinin başlanması ilə əlaqədar keçirilən mərasimdə ş fövqəladə hallar nazirinin müavini, general - mayor Faiq Tağı-zadə iştirak edib.
Mərasimdə kursant və müdavimlərin andiçmə mərasimi keçirilib.
Andiçmə mərasimdən sonra çıxış edən müdavim Adil Yaqubzadə yeni yaradılmış akademiyanın ilk müdavimləri adını qazandıqları üçün özlərini xoşbəxt hiss etdiklərini deyib.
Valideynlər adından çıxış edən Rövşən Tanrıverdiyev isə Akademiyada yaradılmış müasir tələblərə cavab verən şəraitdən razılığını bildirib.
Mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini, general - mayor Faiq Tağı-zadə gələcək üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında bu təhsil müəssisəsinin önəmini vurğulayıb. Faiq Tağı-zadə Akademiyaya yeni qəbul olunan müdavimləri təbrik edib, onların qarşısında dayanan vəzifələrdən danışıb.
Sonra Bakı Yanğın Texniki Məktəbini 2009-cu ildə bitirən məzunlara diplomlar təqdim edilib.

Oxşar yazılar

Bakıya leysan, bu ərazilərə qar yağacaq - Sabahın HAVASI
14 may 2025 , 12:32
Şəxsi maşınla Qarabağın bu rayonlarına da getməyə İCAZƏ VERİLDİ
14 may 2025 , 12:13
Bakıda palçıqlı ayaqqabılarla dərsə gedən uşaqlar, “qulaqlıqlı məmurlar”
14 may 2025 , 11:58
Bu gün bəzi ərazilərdə qaz olmayacaq
14 may 2025 , 10:18
Yağışlı havalar nə vaxtadək davam edəcək?
14 may 2025 , 09:56
Əksər rayonlara leysan yağıb - FAKTİKİ HAVA
14 may 2025 , 09:54
Bakının bu rayonunun işığı kəsiləcək
14 may 2025 , 09:39