Gənc Alimlərin I Elm Festivalı keçirəcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin dəstəyi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti və AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən 11-16 may tarixlərində Gənc Alimlərin I Elm Festivalı keçiriləcək.
Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, festival çərçivəsində bir sıra tədbirlər keçiriləcək. Bura “Beynəlxalq kimya ili – 2011: nəzəri-eksperimental kimyanın problemləri gənc alimlərin araşdırmalarında” və “Gənc alimlərin elmi tədqiqatlarının müasir istiqamətləri” adlı konfranslar, “Səfəvilər dövləti – 510: Azərbaycan dövlətçilik tarixi gənc alimlərin araşdırmalarında” adlı seminar, “Qarabağ həqiqətləri gənc alimlərin tədqiqatlarında” adlı dəyirmi masa və “Açıq qapı günləri: istedadlı uşaq və gənclərlə gənc alimlər arasında əməkdaşlıq münasibətlərinin qurulması, elmi laboratoriyalarla tanışlıq və elmi təqdimatların keçirilməsi” daxildir.
Gənc Alimlərin I Elm Festivalında AMEA-da çalışan və müxtəlif elm sahələri üzrə araşdırmalar aparan gənc alim, elmi işçi, laborant və doktorantlar iştirak edə bilərlər. Tədbirlərdə digər elmi-tədqiqat müəssisələrində, universitetlərdə fəaliyyət göstərən elmi tədqiqatçılar da iştirak edə bilərlər.
Tədbirlərdə iştirak etmək istəyənlər tezis və məqalələrini mayın 2-ə qədər göndərə bilərlər. Tezis (3 səhifəyə qədər) və məqalələr (10 səhifəyə qədər) “Times New Roman” şriftində, elektron formada ([email protected], [email protected] və yaxud [email protected] ünvanına) göndərilməlidir. Tezis və məqalələrin üzərində ad və soyad, elmi müəssisənin adı, əlaqə vasitələri (telefon, e-poçt) göstərilməlidir. Tədbirlərdə iştirak edənlərin tezis və ya məqalələri nəşr olunacaq.

Oxşar yazılar

Dörd BÜRC üçün bütün qapılar açılacaq: Dəyişiklik vaxtıdır
8 may 2025 , 18:38
Sabah meteohəssas insanlar üçün hava necə olacaq? - PROQNOZ
8 may 2025 , 18:10
Sığorta şirkətlərinin SƏHLƏNKARLIĞI - 50 manatınızın BAŞI AĞRIYIR
8 may 2025 , 17:28
5 dəqiqəlik masajla stressi və saç tökülməsini unudun
8 may 2025 , 17:14
Bu gecədən Bakının əksər yolları TAM BAĞLANIR
8 may 2025 , 16:59
Kartlarda çox pul saxlamayaq təhlükəlidir? – Dələduzlar belə edir
8 may 2025 , 16:32
"Sovetski"dəki o bina söküləcək?
8 may 2025 , 16:12