Azərbaycanda İmmunlaşdırma Həftəsi keçiriləcək
Azərbaycanda 25-30 aprel tarixlərində İmmunlaşdırma Həftəsi keçiriləcək. Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycandakı immunlaşdırma həftəsinin əsas məqsədləri poliomielitdən azad ərazi statusunun saxlanması naminə nəzarətin gücləndirilməsi və poliomielitə qarşı peyvəndlə əhatə səviyyəsinin yüksəldilməsi, planlı immunlaşdırma əhatəsinin yerlərdə yüksəldilməsi üçün əhalinin məlumatlandırılma səviyyəsinin artırılması və Minilliyin İnkişaf Məqsədlərinə çatmaq naminə qızılca və məxmərək xəstəliklərinin eliminasiyası (aradan qaldırılması) ilə əlaqədar bu xəstəliklər üzərində nəzarətin gücləndirilməsidir.
İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir yerli tibbi müəssisə tərəfindən təmin ediləcək. İmmunlaşdırma həftəsi çərçivəsində Xaçmaz, Guba, Gusar rayonlarında 5 yaşadək uşaqlar arasında poliomielitə qarşı əlavə immunlaşdırma turları keçiriləcək. Birinci tur 25-30 aprel, ikinci tur 23-28 may tarixlərində olacaq.
Bundan əlavə, Gəncə, Bərdə, Kürdəmir, Sabirabad, Şəki, Quba, Lənkəran da ətrafyanı şəhərlər/rayonlar cəlb olmaqla poliomielit, qızılca və məxmərək xəstəlikləri üzərində epidemioloji nəzarətin gücləndirilməsi mövzusunda 2 günlük seminar məşğələlər (25 aprel -25 may 2011-ci il) təşkil ediləcək.

Oxşar yazılar

Dörd BÜRC üçün pul çay kimi axacaq
12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ
12 may 2025 , 18:25Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI
12 may 2025 , 16:54Meteohəssas insanlar üçün sabahın PROQNOZU
12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat
12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 , 15:35
"Yolu necə gəldi keçirlər" - Velosiped və skuter sürənlərə XƏBƏRDARLIQ
12 may 2025 , 14:18