Sınaq imtahanındakı coğrafiya testləri təhlil olunub
29 aprel 2011 13:23 (UTC +04:00)

Sınaq imtahanındakı coğrafiya testləri təhlil olunub

0
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, elmi-metodik seminarda aprelin 17-də keçirilmiş sınaq imtahanında II ixtisas qrupu üzrə istifadə edilmiş test tapşırıqlarının elmi-metodiki baxımdan təhlili ilə bağlı müzakirəsi aparılıb.

Test tapşırıqları məzmununa, mürəkkəblik dərəcəsinə və qabiliyyət göstəricilərinə görə elmi-metodiki baxımdan təhlil edilib. Məruzəçilər TQDK-nın Şəki regional bölməsində , Şəki RTŞ-nin coğrafiya üzrə metodisti M.Qədirov, 7 saylı məktəbin müəllimi E.Eminov, 5 saylı orta məktəbinin coğrafiya müəllimi M.Cəlilov, Şəki liseyinin coğrafiya müəllimi R.Məmmədov olublar. Müzakirələr göstərib ki, test tapşırıqları qəbul proqramına və qəbul proqramının sonunda tövsiyə edilmiş dərsliklərə tam uyğun olub, elmi-metodik tələblərə cavab verir. Test tapşırıqları ixtisas qrupları üzrə peşəyönümü baxımından abituriyentlərin bilik və bacarıqlarını müvafiq olaraq yoxlamağa imkan verir.

İclasda Bakı və Sumqayıt şəhərlərindən olan orta və ali məktəb müəllimləri, metodistlər, AMEA-nın əməkdaşları və TQDK-nın Naxçıvan, Gəncə, Lənkəran, Şəki və Quba regional bölmələrində, həmin bölgələri təmsil edən müvafiq fənn müəllimləri də eyni vaxtda bu iclasda iştirak etmiş və onlayn sistemində internet vasitəsi ilə video bağlantı əsasında təhlil olunan test tapşırıqları ilə bağlı fikirlərini bildirmiş və təkliflərini veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1818

Oxşar yazılar