Gürcüstanda azərbaycanlı məktəblilər gürcü dili öyrənirlər
0
0
Mayın 29-da Gürcüstanın Qardabani rayonunun Qaratəhlə açıq məktəbində Qaratəhlə və Ağtəhlə məktəblərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşkil etdiyi gürcü dili kurslarının müəllimlərinin təşkil etdiyi tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Qaratəhlə məktəbinin direktoru Elza Həsənova, Ağtəhlə məktəbinin direktoru Ketevan Koçiaşvili, hər iki məktəbdə fəaliyyət göstərən gürcü dili kurslarının müəllimləri Zaira Allahyarova və Sofio Koberidze, AMM-in əməkdaşları Əbülhəsən Əzizov, Abbas Məmmədov və pedaqoji kollektivin nümayəndələri iştirak ediblər.
Qaratəhlə məktəbinin 15 siniflik binası bp neft şirkətinin və yerli əhalinin köməyi ilə tikilib. Məktəbdə 285 şagird təhsil alır. 23 nəfərlik pedaqoji kollektiv, kompüter otağı fəaliyyət göstərir. Məktəbin direktoru Elza Həsənova şagirdlərdə gürcü dilini öyrənməyə böyük maraq olduğunu və bu işdə AMM-in təşkil etdiyi kursların böyük əhəmiyyəti olduğunu söyləyib.
Qaratəhlə məktəbində fəaliyyət göstərən gürcü dili kurslarının müəllimi Zaira Allahyarova 2 ildir ki, kurslarda aparıcı müəllim kimi işləyir. Hazırda bu kurslarda 20 şagird gürcü dilini öyrənir. O qeyd edib ki, uşaqlarda gürcü dilini öyrənməyə çox böyük həvəs var və bu işdə məktəb rəhbərliyi də öz köməyini əsirgəmir.
Ağtəhlə məktəbində fəaliyyət göstərən gürcü dili kurslarına Sofio Koberidze rəhbərlik edir. Kurslarda 24 şagird gürcü dilini öyrənir. Bir ildir fəaliyyət göstərdiklərinə baxmayaraq böyük uğurlar qazandıqlarını qeyd edən Sofio Koberidze şagirdlərin böyük həvəslə kurslara gəlməsini, ikinci bir qrupun açılmasına ehtiyac olduğunu da bildirib. Məktəbin direktoru Ketevan Koçiaşvilinin sözlərinə görə, bu ilki buraxılış sinifləri test imtahanlarında gürcü dili fənnindən 6,5-7 bal göstəricisi ilə çıxıblar. Bu da çox yüksək göstəricidir. O belə yüksək göstəricilərin əldə olunmasında AMM-in təşkil etdiyi kursların böyük rolu olduğunu vurğulanıb.
Sonra Qaratəhlə məktəbinin binasında hər iki məktəbin nəzdində fəaliyyət göstərən gürcü dili kurslarında oxuyan şagirdlərin birgə hazırladığı Gürcüstanın və Azərbaycanın müstəqillik gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Qaratəhlə məktəbinin dil-ədəbiyyat müəllimi Məhərrəm Cəfərov tədbiri giriş sözü ilə açaraq may ayının hər iki xalq üçün çox müqəddəs olduğunu qeyd etmiş, bütün toplaşanları bayram münasibətilə təbrik edib.
Tədbirdə şagirdlər Azərbaycan və Gürcüstanın Dövlət Himnlərini, gürcü və Azərbaycan dilində şerlər oxuyublar. Daha sonra İ.Qoqebaşvilinin “II İrakli və inqilo qızı”, Qurban Səidin “Əli və Nino”, “Molla Nəsrəddin lətifələri”ndən səhnəciklər göstəriblər. Səhnəciklər həm gürcü, həm də Azərbaycan dillərində səsləndirilib. Şagirdlərin oyunu toplaşanların alqışları ilə müşayiət olunub. Tədbirin sonunda AMM-in əməkdaşı Əbülhəsən Əzizov bütün tədbir iştirakçılarını Azərbaycan və Gürcüstanın milli bayramları münasibətilə təbrik etmiş, gürcü dili kurslarının işinin yüksək səviyyədə təşkilinə görə hər iki məktəbin rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə Kvemo-Kartli qubernatorunun köməkçisi Ramilə Allahyarova da iştirak edib.