
Bakıda keyfiyyətsiz “Tərxun” və “Düşes” istehsal edildiyi aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 34A ünvanında İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Tərxun” sərinləşdirici içkilərinin, qazlı və saf suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulların, eləcə də “Düşes” sərinləşdirici içkisinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu müəyyən edilib. Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qanun pozuntuları ilə əlaqədar “Düşes” və “Tərxun” sərinləşdirici içkilərinin, qazlı və saf suların istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, eləcə də uyğunluq sertifikatı olmadan istehsal edilmiş 5857,5 litr sərinləşdirici içkilərin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar İzayət İsmayılova icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.
Araşdırmalar davam edir.
Oxşar yazılar

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
7 iyul 2025 , 17:01
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir
7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA
7 iyul 2025 , 15:10
Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası
7 iyul 2025 , 12:55Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU
7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı
7 iyul 2025 , 11:38