Səhiyyə Nazirliyi uşaq qidalarının monitorinqinə başlayıb
09 avqust 2011 13:09 (UTC +04:00)

Səhiyyə Nazirliyi uşaq qidalarının monitorinqinə başlayıb

0
Səhiyyə Nazirliyi paytaxtda və bölgələrdə satılan uşaq qidalarının keyfiyyəti və təhlükəsizlik göstəriciləri ilə bağlı növbəti monitorinqlərə başlayıb. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayevin Lent.az-a verdiyi məlumata görə, monitorinqlər öncə Bakıda və Sumqayıtda keçirilib: “Rayonlarımızda mağazalarda satılan uşaq qidalarının yerli istehsal olmadığını bilirik. Buna görə də xüsusilə həmin qidaların təhlükəsizlik göstəricilərinin monitorinqinə diqqət ediləcək”.

İ.Abdullayevin sözlərinə görə, ilkin nəticələri avqustun 25-də açıqlanacaq.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin bütün məhsullar üzrə bu cür monitorinqləri ildə 2 dəfə aparılır.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar