Bakı Neft Emalı Zavodu yeni Kollektiv Müqavilə bağlayacaq
18 avqust 2011 22:22 (UTC +04:00)

Bakı Neft Emalı Zavodu yeni Kollektiv Müqavilə bağlayacaq

0
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni Kollektiv Müqavilənin bağlanması ilə əlaqədar qərar qəbul edilib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəd Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq, ARDNŞ və Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2011-2013-cü illər üçün bağlanmış Sahə (tarif) Kollektiv Sazişə əsaslanaraq hazırlanacaq.

Bu məqsədlə danışıqların aparılması üçün İşəgötürən (zavod rəhbərliyi) və Həmkarlar İttifaqı Komitəsinin nümayəndələrindən ibarət səlahiyyətli komissiya yaradılıb. Komissiya Kollektiv Müqavilədə qarşılıqlı maraqlar əsasında, əmək kollektivinin iş şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, mühafizəsi, sosial müdafiənin gücləndirilməsi üzrə birgə fəaliyyətin müəyyən edilməsi və həyata keçirilməsi məqsədi ilə lazımi tədbirlərin öz əksini tapması istiqamətində işə başlayıb. Artıq Kollektiv Müqavilənin ilkin layihəsi hazırlanmış və zavodun “Neftayıran” qəzetində çap olunaraq zavodun bütün struktur vahidlərinə paylanıb. Kollektiv müqavilənin mahiyyətini və çox mühüm sənəd olduğunu yaxşı başa düşən neft emalçıları zavodun istehsalat, sex və sahələrində keçirilən yığıncaqlarda müqavilənin hər bir maddəsini müzakirə edir və təkliflərini irəli sürürlər.

8
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar