Bakıda “Bağlı gözlər” kampaniyası keçiriləcək
0
0
Avqustun 23-də Bakıda insan alveri qurbanlarının anım mərasimi keçiriləcək. Lent.az-ın “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinə istinadən yaydığı məlumatına görə, bu tarix ölkədə ikinci dəfə yad ediləcək. Azərbaycanda isə insan alveri qurbanlarının anım gününü ilk dəfə 2010-cu ildə adı çəkilən təşkilat keçirib.
Anım tədbirində Beynəlxalq Təşkilatlar və səfirliklərin nümayəndələri, millət vəkilləri, DİN-in İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəsmiləri, iş adamları eləcə də tanınmış incəsənət xadimləri iştirak edəcəyi gözlənilir. Rəsmilərin çıxışları ilə yanaşı, insan alveri cinayətinə qarşı və insan alveri qurbanlarına dəstək məqsədilə mesajlar səslənəcək. Bu mesajları, istənilən şəxs səsləndirə bilər. Bundan başqa, tədbir iştirakçıları ilə, ələlxüsus da incəsənət xadimləri ilə birgə fotosessiyalar təşkil ediləcək, onlar avtoqraf verəcəklər.
Kampaniyanın iki elementi “Mavi ürək” və gözlərə bağlanmış “mavi lent”dir.
“Mavi ürək” Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlığa qarşı Mübarizə ofisi tərəfindən ictimai məlumatlığın səviyyəsini artırmaq üçün yaradılıb. Təşkilat “Mavi lent ” kampaniyasını milyonlarla istismara məruz qalmış insanlara bu acını unutdurmaq, onlara yardım və dəstək ola bilmək üçün düşünülmüş ən yaxşı rəmz hesab edib: “Bağlı gözlər isə bizim məlumatsızlığımızın simvoludur. Çünki biz ətrafda nə baş verdiyini görməmək üçün gözlərimizi yumur və baş verən insan alveri cinayətinə qarşı “görməzlik” nümayiş etdiririk”.
Qeyd edək ki, bu tarix dünyanın bir neçə ölkəsində keçirilir. Tədbirdə insan alverinə həsr edilmiş iki məşhur filmin diskləri paylanacaq. Sonra bütün səslənmiş mesajlar və fotolar topalanaraq, albom şəklində çap ediləcək.
Nailə R.