Nazir: “65 yaşa çatmış dəyərli mütəxəssislərin saxlanmasının tərəfdarıyam”
Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu problemin aradan qaldırılması istiqamətində işlər görülür: “İlk olaraq, ali təhsili olmayan musiqi müəllimlərindən başladıq. Keçən ildən etibarən isə kitabxana şəbəkəsinin müasir texnologiyaya yiyələnməsi üçün xüsusi kurslar təşkil etdik. Amma sözsüz ki, bu, imtahan vasitəsilə olmalıdır. Əgər işçinin qavramaq qabiliyyəti yoxdursa, kursdan uğurla keçmirsə, onun gələcəyini düşünməliyik. Lakin bu, bizim məqsədimiz və niyyətimiz deyil. Dünya təcrübəsinin tələbidir ki, bu gün kitabxanalarda müasir texnologiyalar özünə yer tutmalıdır. Biz bu proqramı tədricən həyata keçiririk”.
Ə. Qarayev xatırladıb ki, respublikanın müxtəlif rayonlarında kitabxana-informasiya mərkəzləri açılır, hətta bu yaxınlarda Şabranda tikilən kitabxana-informasiya mərkəzinin açılışında prezident İlham Əliyev də iştirak edib: “Bu texnologiyalar tədricən hər yerə yayılmalıdır. Vaxt hər şeyi göstərəcək. Kim onlara uyğunlaşa bilsə, işləyəcək, kim uyğunlaşa bilməsə, işi ilə vidalaşacaq”.
Əbülfəs Qarayev 65 yaşını keçmiş şəxslərin işdən azad olunmasına da fikir bildirib. Qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyində də qanuna uyğun olaraq bu yaşa çatmış mütəxəssislərlə vidalaşırlar: “Bu proses gedir. Yerlərdən gündəlik məlumatlar alıram. Bu, cənab prezidentin imzaladığı sərəncamdır. Biz qanuna riayət etməliyik. Lakin heç kim demir ki, biz bu insanların təcrübəsindən imtina etməliyik. Birincisi, onların bacarığı, biliyi varsa, hər hansı başqa formada işlərə cəlb oluna bilərlər. Məsələn, müqavilə əsasında. Bizim özümüzdə də belə şəxslər rəsmən işdən gedib. Amma yenə də gəlib bizə yardım edirlər. Elələri də var ki, təqaüdə çıxıb öz nəvələri ilə məşğul olurlar. Bu proses davam edəcək. Lakin mən 65 yaşa çatmış dəyərli mütəxəssislərin saxlanmasının tərəfdarıyam. Hələlik, bizdə böyük bir çətinlik yoxdur. Böyük təcrübə, bilik, savad və bacarıq toplamış insanlara hörmətlə yanaşmalı və ondan səmərəli istifadə etməliyik. Lakin yenə deyirəm, qanun qanundur, onu icra etməyə borcluyuq”.
Xəyalə Muradlı

Oxşar yazılar

Yolunuz açıq olsun: Bu BÜRCLƏR üçün dəyişikliklər vaxtı çatdı
16 iyul 2025 , 18:42
Maşında tibbi çanta yoxdursa, cəriməsi var? - CAVAB
16 iyul 2025 , 18:13
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
16 iyul 2025 , 17:59
"Sea Breeze" yolunda YENİ QAYDALAR
16 iyul 2025 , 16:10
Dünyanın ən bahalı pendiri: 36 min avroya satıldı
16 iyul 2025 , 16:03Həftə sonu 41 dərəcə isti olacaq
16 iyul 2025 , 15:58
Sabah da çimərlik havası olacaq - PROQNOZ
16 iyul 2025 , 14:21