Milli Qəhrəman Yusif Əliyevin xatirəsi onun adı verilən məktəbdə anılıb - FOTO
Bu gün “Bakı şəhər Qaradağ rayon Qobustan qəsəbəsində 195 saylı orta məktəbdə Milli Qəhrəman” qəzetinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyev anım günü ilə bağlı tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə “Milli qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə, Qaradağ rayon İcra hakimiyyətinin şöbə müdiri, Milli Qəhrəman ailələri, Milli Qəhrəman Yusif Əliyev adına 195 saylı məktəbin direktoru və müəllim kollektivi, şagirdlər, ictimaiyyət nümayəndələri, Milli Qəhrəmanın qohumları və yaxınları iştirak edib.
Tədbirdə Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya Mərkəzinin sədri, «Milli Qəhrəman» qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə geniş nitq söyləyib. O, Azərbaycanın İlk Milli qəhrəmanlarından olan Əliyev Yusif Əliyusif oğlunun həyatından, keçdiyi çətin və şərəfli döyüş yolundan danışıb.
M.Seyidzadə tədbir iştirakçılarına Azərbaycanın tarixini, keçdiyi döyüş yollarını, qəhrəmanlarını bir-bir öyrənməli, tanımalı və tanıtmalı olduqlarını bildirib: “Yusif də sizin kimi bu məktəbdə təhsil alıb. Siz gənclər də ona bənzəməli, onun göstərdiyi şücaəti bir tarix kimi yaddaşlarınızda saxlamalısınız”. Qəzet redaktoru çıxışının sonunda bu tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə Qaradağ Rayon İcra hakimiyyəti başda olmaqla, məktəbin rəhbərliyinə minnətdarlıq edilib.
Milli Qəhrəmanın atası Əliyusif Əliyev oğlu Y.Əliyevin uşaqlıq illərindən və döyüş bölgəsində göstərdiyi şücaətindən danışaraq tədbiri təşkil etdiyinə görə M.Seyidzadəyə, rayon İcra Hakimiyyətinə, məktəbin direktoruna və tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirib.

Oxşar yazılar

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59
Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ
17 iyul 2025 , 19:07
II və III ixtisas qrupları üzrə imtahanın NƏTİCƏSİ
17 iyul 2025 , 19:06
İki BÜRCÜN həyatında “ağ zolaq” başlayır: Çətin dövrdən sonra
17 iyul 2025 , 18:30
Şəhid jurnalistə həsr olunmuş kitabın təqdimatı oldu
17 iyul 2025 , 18:14
Həftənin bu günü insanlar stresli və əsəbi olur - ALİMLƏR AÇIQLADI
17 iyul 2025 , 16:37
Yayın gözəllikləri və təhlükələri: xərçəng riski var - ARAŞDIRMA
17 iyul 2025 , 16:07