Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan marka buraxılıb
0
0
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti yeni poçt markalarını təqdim edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, şirkət dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunan marka buraxıb.
Poçt vərəqinə hər birinin nominal dəyəri 30 qəpik olan iki marka daxildir. Markanın tirajı isə 50 min vərəq təşkil edir. Bundan başqa, “Azərmarka” Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının 20 illiyinə həsr edilən marka da buraxıb. Markanın qiyməti 60 qəpik, tirajı 50 min ədəddir. Şirkətin buraxdığı daha bir marka Rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatının yaradılmasının 20 illiyinə həsr olunub. Bu markanın qiyməti 50 qəpik, tirajı isə 100 min nüsxədir.