Temperatur 35 dərəcə olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. İyulun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Oxşar yazılar

Sabah da dəhşətli isti olacaq - Hava PROQNOZU
18 iyul 2025 , 12:20
Bağçalara qəbul başladı
18 iyul 2025 , 11:20
Qusara yeni prokuror təyin olundu
18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq
18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan BÜRCLƏR
18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18 iyul 2025 , 08:45
1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?
17 iyul 2025 , 19:59