Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib
17 iyul 2012 19:40 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclası keçirilib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələr barədə danışıb.

Sürətli inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri olduğunu qeyd edən nazir, sektora göstərilən hərtərəfli dövlət qayğısı sayəsində dinamik inkişafa nail olunduğunu, ötən müddət ərzində bu sahədə müsbət nəticələr qazanıldığını və Dünya İqtisadi Forumunun hesabatına əsasən, ölkəmizin internet istifadəçilərinin sıxlığına görə MDB və regionda liderliyini qoruyub saxladığını vurğulayıb. Nazir ötən dövr ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0 % artdığını və bunun ölkənin iqtisadi sektorunda ən yüksək artım olduğunu qeyd edib.

Sonra Aparat rəhbəri Vidadi Zeynalov, RİTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib.

Kollegiyaya yekun vuran nazir ötən dövr ərzində həyata keçirilən işləri qənatbəxş hesab edərək prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq texnopark şəbəkəsinin yaradılması, elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, növbəti ilin yanvar - fevral aylarında ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması, yerli özəl şirkətlərlə iş birliyinin gücləndirilməsi, 4G yeni nəsil xidmətlərinin mobil operatorlar tərəfindən tətbiqinin təmin edilməsi, rouminq tariflərinin endirilməsi üçün müvafiq işlərin görülməsi, “nömrə daşıma” sisteminin reallaşdırılması, poçt sahəsində yeni islahatların aparılması və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1199

Oxşar yazılar

Sabah da dəhşətli isti  olacaq - Hava PROQNOZU

Sabah da dəhşətli isti olacaq - Hava PROQNOZU

18 iyul 2025 , 12:20
Bağçalara qəbul başladı

Bağçalara qəbul başladı

18 iyul 2025 , 11:20
Qusara yeni prokuror  təyin olundu

Qusara yeni prokuror təyin olundu

18 iyul 2025 , 10:46
Bakının 3 rayonu bu gün qazsız qalacaq

Bakının 3 rayonu bu gün qazsız qalacaq

18 iyul 2025 , 09:47
Böyük irəliləyiş astanasında olan  BÜRCLƏR

Böyük irəliləyiş astanasında olan BÜRCLƏR

18 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

18 iyul 2025 , 08:45
1000  qadınla yatıb:   Vəhşi həyatından niyə imtina etdi?

1000 qadınla yatıb: Vəhşi həyatından niyə imtina etdi?

17 iyul 2025 , 19:59
Sabahın  isti diskomfort   havası ilə bağlı XƏBƏRDARLIQ

Sabahın isti diskomfort havası ilə bağlı XƏBƏRDARLIQ

17 iyul 2025 , 19:07